“Neftçi” Premyer Liqa hazırlığına start verdi
- 20:40
- 18
“Neftçi” Azərbaycan Premyer Liqasında yeni mövsümün hazırlığına start verib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, UEFA Konfrans Liqasındakı səfər matçından sonra üç günlük istirahətə buraxılan komanda üzvləri dünən “Palms Sports” Futbol Mərkəzində baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında məşqə çıxıblar.
“Ağ-qaralar” 1-ci turda “Sumqayıt”ın qonağı olacaq. İlk turun görüşləri 14-17 tarixlərində keçiriləcək.