Həftəsonu yeni mövsümün ilk turunda "Kəpəz" "Neftçi"ni qəbul edəcək.

Rekord.az xəbər verir ki, bu oyuna azarkeş sayı yenə məhdud olacaq.

Stadion qəzalı və yararsız vəziyyətdə olduğundan maksimum 3000 nəfər azarkeşin oyuna baxmasına icazə veriləcək. Nəzərə alaq ki, oyunu izləmək üçün Gəncəyə xeyli "Neftçi" azarkeşinin gedəcəyi də gözlənilir. Bu mənada yerli komanda qaydaıara uyğun olaraq, onlara da sektor ayırmalıdır. Güman ki, bakılı fanatlar əsas tribunanın sağ tərəfində olan qapı arxası sektora yerləşdiriləcək və 400-500 nəfərlik sektor onlara veriləcək. Bu isə o deməkdir ki, yerli azarkeşlər üçün 2500 biletin satışa çıxarılacağı gözlənilir.