“Qəbələ” Misli Premyer Liqasının XXX turunda “Neftçi” ilə qarşılaşacaq.

Rekord.az xəbər verir ki, əyalət təmsilçisi bu oyun üçün hazırlıq prosesini başa vurub.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, “qırmızı-qaralar” məşqləri tam heyətlə yekunlaşdırıb.

Xatırladaq ki, aprelin 14-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qəbələ” matçına saat 20:00-da start veriləcək.