Avropa Liqasının 3-cü təsnifat mərhələsinin “Neftçi” - HİK oyununun biletləri avqustun 2-də saat 12.00-da satışa çıxarılacaq.

Rekord.az xəbər verir ki, qiyməti 5 manat (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 manat (3B) və 20 manat (3A) təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə etmək olar. Kassalar saat 21.00-dək işləyəcək.

Qeyd edək ki, avqustun 3-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – HİK oyunu saat 21.00-da başlanacaq.