“Neftçi” PFK müqavilə müddəti başa çatan müdafiəçi Donald Gerye ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

“Neftçi” haitili futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Donald Gerye bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb, 1 qol vurub.