
"Neftçi" bu futbolçuya yeni müavilə təklif edir
- 06 Fev 2023 14:00
- 584
"Neftçi" daha bir futbolçuya yeni müqavilə təklif etməyə hazırlaşır.
Rekord.az xəbər verir ki, söhbət Voyislav Stankoviçdən gedir.
Serbiyalı müdafiəçinin klubla müqaviləsi mövsümün sonunda başa çatır. Düzdür, keçən ilki anlaşma 1+1 formatında idi. Yəni yayda tərəflər arasında müqavilənin müddəti avtomatik olaraq, daha 1 illiyinə artırıla bilər. Lakin deyilənə görə, Stankoviç maaşının artırılmasını istəyir və bu mənada ola bilsin ki, müqavilənin uzadılmasına qarşı çıxsın. Hər halda, rəhbərlik yaxın zamanlarda onunla da müzakirələrə başlamağı düşünür.