
"Neftçi" bu futbolçunu icarəyə vermək istəyir
- 22 Fev 2023 15:00
- 654
"Neftçi" ötən yay heyətinə qatdığı Yeqor Boqomolskini icarəyə vermək istəyir.
Rekord.az-a daxil olan məlumatga görə, buna səbəb belaruslu futbolçunun özünü göstərə bilməməsidir.
Əsas heyətə düşməkdə çətinlik çəkən 23 yaşlı futbolçunun klubla 3 illik müqaviləsinin olması işləri korlayan səbəbdir. Çünki onu komandadan kənarlaşdırsan, təzminatını verməlisən. Buna görə də "Neftçi" ən yaxşı halda hücumçunu icarəyə vermək istəyir.