“Neftçi” klubu Fransa təmsilçisi “Monpelye”də çıxış edən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.


Rekord.az xəbər verir ki, “ağ-qaralar” 30 yaşlı sağ cinah müdafiəçisinin keçidini sosial şəbəkə hesabında açıqlayıb.


Sako “Monpelye” ilə müqaviləsini qarşlıqlı razılıq əsasında ləğv edib.


Mali millisinin üzvü ilə 2+1 illik anlaşma əldə edilib.


Sako 2023-cü ildən “Monpelye”nin formasını geyinirdi.