
"Neftçala"nı ağır cəza gözləyir
- 06 Mar 2023 15:00
- 615
Region Liqasının son turu çərçivəsində keçirilən "Neftçala" - "Qobustan" oyununda əməlli-başlı qalmaqal olub.
Rekord.az xəbər verir ki, yerli komanda oyunun sonuna yaxın kütləvi halda rəqib komandaya, hakimə, AFFA nümayəndəsinə hücum çəkib, onları təhqir edib.
Oyundan sonra isə rəqib komanda ilə əsl dava-dalaşa çıxıblar. "Neftçala"nın baş məşqçisi Mehman İbrahimov isə hakimlər otağına gedərək, onları təhqir edib, fiziki güc tətbiq edib.
Saytımıza daxil olan məlumata görə, baş verənlər AFFA-da ciddi narazılıqla qarşılanıb. Hətta rəhbərlik səviyyəsində İnztizam Komitəsinə tapşırıq verilib ki, bu məsələyə ciddi yanaşıb, ən sərt qərarı versinlər. Ehtimal var ki, "Neftçala" çempionatdan, Mehman İbrahimov isə futboldan kənarlaşdırılsın. Hər halda, yekun qərarı İntizam Komitəsi verəcək.