Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən ağır atletika idman növü üzrə Neftçala rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə təşkilatçı qurum rəhbəri Araz Əhmədov, İdarənin digər əməkdaşları, "Herkules" idman kulubunun vitse prezdenti Dərya Hacıyev, hakimlər və məşqçi-müəllimlər iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilərək Dövlət Himni səsləndirilib.

50 nəfərdən artıq idmançının mübarizə apardığı birincilikdə müxtəlif çəki dərəcələrində I, II və III yerə layiq görülənlərə Neftçala rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallar, "Herkules" idman klubu tərəfindən pul mükafatı təqdim edilib.

Qeyd edək ki, Neftçala rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə təşkil edilən yarışa beynəlxalq dərəcəli hakim Azad Mustafayev və birinci dərəcəli hakim Ülvi Səmədov hakimlik edib