
Neftçala ilə Ucar komandaları yoldaşlıq görüşü keçirdi
- 13 Apr 2023 15:30
- 361
B.Həşimov adına Boyat kənd tam orta məktəbin idman meydançasında Neftçala və Ucar rayonunun eyni adlı "Boyat" komandaları arasında futbol üzrə növbəti dəfə yoldaşlıq görüşü olub.
Rekord.az xəbər verir ki, ilk qarşılaşması Ucar rayonunda baş tutan görüşün keçirilməsində məqsəd ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və futbol idman növünə marağın artırılmasından ibarət olub.
Qeyd edək ki, görüş Vətən müharibəsi iştirakçısı Murad Hidayətzadənin təşəbbüsü, Neftçala və Ucar rayon Gənclər və İdman İdarələri, Ucar rayon Gənclər evi SXM və Neftçala rayon Boyat kənd bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib.