
Nəbiyevli “Viktoriya” yenə məğlub oldu
- 13 Mar 2022 18:20
- 514
Futbol üzrə Çexiya 2-ci divizionunda 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Praqa “Sparta”sının ikinci komandası qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 19-cu dəqiqədə əvəzlənib.
“Viktoriya” 18 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.