Azərbaycan əsilli ukraynalı boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı Yerevanda keçirilən boks üzrə Avropa çempionatına erməni idmançı üzərində qələbə ilə başlayıb.

Rekord.az xəbər verir ki, 54 kq çəki dərəcəsində mübarizə aparan Nəbiyev Canik Sahakyanla döyüşdəki qələbəni Ukraynaya həsr edib.

Nəbiyev bunu 3:2 hesabı ilə qalib gəldiyi döyüşdən sonra “instaqram”dakı paylaşımında açıqlayıb:

“Bu gün mayın 24-də Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan üç ay ötür. Mən boks üzrə Avropa çempionatında debüt etdim və qələbə qazandım. Bu qələbə onunla əlamətdardır ki, Ukrayna dövlətçiliyinin yenilməzliyini göstərir. Qələbəni Ukraynaya və qəhrəman şəhər Nikolayevə həsr edirəm”.

Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının bürünc mükafatçısıdır.