Nəbi İsgəndərov Avropa çempionatında 1/8 finala yüksəldi
- 2022-03-14 22:00
- 626
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı davam edir. Rekord.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub.
Boksçumuz Nəbi İsgəndərov 1/16 final mərhələsi çərçivəsində Luka Nikabadze (Gürcüstan) ilə qarşılaşıb. 67 kq çəki dərəcəsində baş tutan görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan çempionu 1/8 finalda ilk görüşdən azad olan Alen Ahmetoviçlə (Xorvatiya) üz-üzə gələcək. Döyüş martın 15-də olacaq.
Yığmamızın digər üzvü Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda şotlandiyalı Hikki Samla qarşılaşıb və rəqib mərhələ adlayıb.
Qeyd edək ki, martın 15-də Nəbi İsgəndərov və millimizin digər boksçusu – Murad Allahverdiyev (80 kq) rinqə çıxacaq.