Gürcüstanın Batumi şəhərində “İnternational Batumi Open” beynəlxalq karate turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışa 10 ölkədən 250-ə yaxın idmançı qatılıb.

Turnirə qatılan muxtar respublika karateçiləri Azərbaycanı uğurla təmsil etməyə müvəffəq olub. İdmançılarımız 5-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə 12 medal qazanıblar.

Təmsilçilərimizdən ən yaxşı nəticə Nizami Orucova məxsusdur. O, 10-11 yaşlılarda 2 qızıl, 1 gümüş medal qazanıb. Qafar Hüseynov, Əli Bayramov, Xədicə Bayramova da qızıl medal sevinci yaşayıb, eləcə də digər idmançımız Nərgiz Həsənli ilə birgə birgə müxtəlif əyarlı medallar əldə ediblər.