İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında Vətən müharibəsi şəhidi Babayev Rahib Bəxtiyar oğlunun xatirəsinə həsr olunmuş futzal birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər ölkəmizin azadlığı və suverenliyi uğrunda həyatını fəda edən qəhrəmanlarızın gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Yarışa fəxri qonaq qismində dəvət olunmuş şəhidin anası Yazgül Abdullayeva çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirmiş, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulamışdır. Yazgül Abdullayevaya yarışdan xatirə olaraq fəxri fərman təqdim edilib.

Yarışda 8 komanda olimpiya sistemi üzrə mübarizə aparıb. İlk üçlük diplomla təltif olunub.

Sıralama:

1-ci yer: 16 nömrəli tam orta məktəb

2-ci yer: 7 nömrəli tam orta məktəb

3-cü yer: 15 nömrəli tam orta məktəb