Naxçıvanda İdman müəssisələrində yoluxucu xəstəliklərə qarşı ənənəvi qaydada həyata keçirilən dezinfeksiya işləri davam etdirilib.

Rekord.az xəbər verir ki, bu məqsədlə İlham Əliyev adına Olimpiya İdman Kompleksi, Muxtar Respublika Stadionu, Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbi, Şərur Olimpiya İdman Kompleksi, eləcə də Şərur Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki idman zalları dezinfeksiya olunub.