Naxçıvan şəhəri və Şahbuz rayonunun oğlan və qız atletləri arasında kros qaçışı turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışda 20 qız və oğlan atlet iştirak edib.

1 kilometr məsafə üzrə keçirilən turnirdə Naxçıvan idmançıları birinci olub. Qızlar arasında Nilüfər Quliyeva oğlanlarda isə Məhəmməd Kəngərli fərqlənib. Sonda ilk üç yerin sahibləri diplomla təltif edilib.