
Naxçıvana səfər edən komandaların xərcini kim qarşılayır?
- 07 Okt 2022 17:00
- 520
I Divizionda çıxış edən klubların əsas problemlərindən biri də Naxçıvana səfər etməkdir.
Rekord.az xəbər verir ki, hələlik sözügedən çəhərlə quru əlaqəsi olmadığı üçün səfərlər yalnız təyyarə ilə mümkündür. Bu isə əlavə xərc deməkdir.
Düzdür, Premyer Liqada çıxış edən klubların əvəzedicilərinin xərcini öz klubları qarşılayır. Lakin “İmişli”, “Mingəçevir” və “Zaqatala”nın səfər xərcini, biletlərin alınması, otel xərcini federasiya ödəyir.