
Naxçıvan stadionuna baxış keçiriləcək
- 09 Mar 2023 12:00
- 633
Növbəti mövsümdən Premyer Liqada oynayacağı gözlənilən "Araz Naxçıvan"ın infrastrukturla bağlı problemləri tam həll olunmayıb.
Rekord.az-a daxil olan məlumata görə, komandanın elitaya vəsiqə qazanması rəsmləşəndən sonra Naxçıvan şəhər stadionuna baxış keçiriləcək.
Çünki arenanın işıqlandırma sistemi və tablo yoxdur. Qazon da hazırda yaxşı vəziyyətdə deyil. Canlı yayım üçün şəraitin durumu da mütlqə yoxlanılacaq. Premyer Liqa oyunlarının Naxçıvanda keçirilməsi üçün bunların həlli çox vacibdir.