"Napoli" Keylor Navası transfer etməyəcək.

Rekord.az xəbər verir ki, kosta-rikalının maaşı yüksək olduğundan onun Neapol klubuna keçidi baş tutmayacaq.

İtaliya klubunun idman direktoru Kristiano Giuntoli məsələ haqda yerli mətbuata bunları deyib: "Navasla danışıqlar yarımçıq qaldı. Buna səbəb isə PSJ və oyunçunun ətrafı arasında maaş razılaşmasının baş tutmamasıdı. O, illik 15 milyon maaş alır. Yanvarda Navası almağa cəhd etməyəcəyik”.