
Naqelsmann Noyerin müsahibəsi haqda
- 06 Fev 2023 12:43
- 360
"Bavariya"nın baş məşqçisi Yurgen Naqelsmann komandanın qapıçısı Manuel Noyerin müsahibəsinə münasibət bildirib.
Rekord.az xəbər verir ki, baş məşqçi qapıçının hərəkətini düzgün hesab etmədiyini bildirib: "Bilirəm, qaynar sualdı, amma mən buna cavab vermək istəməzdim. Məni bu dəqiqə düşündürən sual növbəti oyunda kimin kapitan olacağı ilə bağlıdır. Müller haqlı olaraq açıqlama verib və bildirib ki, Noyerin əsas işi indiki halda bərpa olunmaq və qısa zamanda sıraya dönməkdir. Biz hamımız ondan bunu gözləyirəm. Şəxsən mən belə müsahibə verməzdim. Çünki sülhə xidmət etmir. Bu müsahibə bütün qəzetlərdə işıqlandırılır və Almaniya gündəmini zəbt edir".