
Naqelsmann: "İstənilən tənqidi ürəkdən qəbul edirəm"
- 30 Sen 2022 10:31
- 388
"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Münhen təmsilçisinin son matçlardakı çıxışının tənqidindən danışıb.
Rekord.az "Bayern&Germany twitter"ə istinadən xəbər verir ki, o deyib: “Düşünmək həmişə vacibdir. Bütün matçlarımızı bir daha nəzərdən keçirdim və çox təhlil etdim. Komanda ilə hər şeyi müzakirə etdik. “Bayer”lə yaxşı oynayacağımıza əminəm. İstənilən tənqidi ürəkdən qəbul edirəm. Hər birimiz məsuliyyət hiss etməliyik, mən də bunu hiss edirəm. Bu işə çox şey qoymuşam.
Hər şeyə mən cavabdeh deyiləm. Futbolçular da cavabdehdir. Bu, komanda idmanıdır”.