
Namik Ələskərovun durumuna aydınlıq gəldi
- 28 Mar 2022 11:41
- 552
Türkiyənin “Bursaspor” klubunda forma geyinən Azərbaycan millisinin futbolçusu Namik Ələskərovun durumuna aydınlıq gəlib.
Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Malta yığması ilə yoxlama oyununu (0:1) zədə səbəbindən buraxan yarımmüdafiəçinin vəziyyətinin yaxşı olduğu bildirilib.
Ələskərov Latviya ilə yoxlama matçının iştirak ərizəsində yer alacaq.
Martın 29-da Maltada keçiriləcək Azərbaycan – Latviya oyunu saat 15:00-da başlayacaq.