
Nağıyevin komandası “Minay”la bacarmadı
- 12 Sen 2022 21:30
- 438
Futbol üzrə Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Minay”ı qəbul edib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Nağıyev bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
“İnqulets” 4 oyundan sonra cəmi 2 xalla 14 kollektiv arasında 12-ci sırada qərarlaşıb.