
Mustafayevli “Aleksandriya”dan növbəti heç-heçə
- 16 Apr 2023 16:00
- 342
Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Metalist”in qonağı olub. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.
“Aleksandriya” hazırda 33 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.