
Musa Qurbanlı: “Onların haqqı ödənməz”
- 16 Sen 2022 16:30
- 720
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Nant”la qarşılaşan “Qarabağ” rəqibinə 3:0 hesabı ilə qalib gəldi.
Rekord.az xəbər verir ki, matçdan sonra komandanın hücumçusu Musa Qurbanlı “İnstagram” hesabında qələbə ilə bağlı bu sözləri yazıb:
“Bu möhtəşəm qələbə Ordumuza və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizə həsr olunur. Onların haqqı ödənməz. Şəhidlər ölməz, Vətən bölünməz. “Qarabağ” Azərbaycandır”.