Son turda "Sabah" mövsümdə ilk xal itkisini 5-ci turda yaşadı - 0:0.

Rekord.az xəbər verir ki, həm də doğma meydanda və kifayət qədər münasib rəqib sayılan "Səbail"lə matçda.

Hesabın açılmadığı hər dəqiqə meydan sahiblərinin çalışdırıcısı Murad Musayevi daha da hövsələdən çıxarırdı.

Bunun nəticəsi olaraq sona dəqiqələr qalmış əcnəbi mütəxəssis həmkarı Mahmud Qurbanovla söz atışmasına başladı.

Belə ki, Con Leys Mikelsə qarşı olan kobudluğa əsəbiləşən emosianal Musayev ardınca Qurbanovla mübahisəyə davam etdi.

Yalnız köməkçilərin müdaxiləsindən sonra çalışdırıcılar sakitləşib öz yerlərinə keçdilər.