
Murad Musayev cəzalandı
- 11 Apr 2023 13:15
- 392
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXIX turunun oyunları ilə bağlı bu qərarlar qəbul olunub:
“Səbail” – “Sabah” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilib. “Sabah”ın futbolçusu Con İrasabal rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 200 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra “Sabah”ın baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 800 manat cərimə edilib. Oyun başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilib.
“Qarabağ” – “Kəpəz” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilib.