Tmas Müller Mönxenqladbax "Borussiya"ndan "Bavariya"ya transfer olunan İsveçrə millisinin qapıçısı haqda fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, Almaniya millisinin üzvü yeni komanda yoldaşı haqda müsbət danışıb.

O, Sommerin onlar üçün yad sima olmadığını bildirib: "Sommerin kifayət qədər isti və səmimi qəbul etdik. Özü də çox qısa zamanda. O, Bundesliqada kifayət qədər məhşur biridir və rəqib kimi üz-üzə gəldiyimiz oyunlardan da tanıyırıq. "Leypsiq"lə oyuna gəlincə, debüt matçı olduğunu nəzərə alsaq, hər şey normal idi".