
Mövsümün sonunda "Sumqayıt"dan gedəcək futbolçulardan biri məlum oldu
- 22 Fev 2023 17:00
- 571
Mövsümün sonunda "Sumqayıt"la müqaviləsi başa çatan əksər futbolçularla yollar ayrılacaq.
Rekord.az xəbər verir ki, bu futbolçulardan biri də Xəzər Mahmudov olacaq.
2021-ci ildə "Kəpəz"dən transfer olunan hücumçu "Sumqayıt"da heç cürə möhkəmlənə bilmədi. Samir Abasovun gəlişindən sonra isə əvəzedici komandaya göndərildi və hazırda orada çıxış edir. Müqaviləsi isə mövsümün sonunda başa çatır və klub Mahmudovla yeni müqavilə imzalamayacaq.