"İstər büdcəsi, istərsə də heyətinə görə "Sabah" bizdən üstündür. Təəssüf ki, onlar bizim rəqibimiz deyil".

Rekord.az xəbər verir ki, bu sözləri klubun mətbuat xidmətinə komandamızın baş məşqçisi Bedri Meriç deyib.

Türkiyəli mütəxəssis ilk turdakı məğlubiyyətlə bağlı danışarkən belə söyləyib: "Mövsümə hələ tam olaraq hazır deyilik. Hazırlıq oyunları keçirə bilmədik. İki önəmli legionerimiz zədəlidir. Rəqibimizin isə belə problemi yoxdur. Heyətləri genişdir, seçim imkanları çoxdur. Amma biz heyəti qurmaqda çətinlik çəkirik. Bu görüşü unudub qarşıdakı oyunlara köklənməliyik".

Meriç təqvimin komandanın xeyrinə olmadığını da bildirib: "Çempionatın təqvimi xeyrimizə deyil. İki gün sonra növbəti matça çıxacağıq. Bizdən başqa 4 gün ərzində 2 oyun keçirən komanda yoxdur. Zədəliləri də nəzərə alsaq, işimiz çətin görünür. Amma əlimizdən gələni edəcəyik".