
Monqolustana 3 cüdoçu ilə
- 16 İyl 2025 19:20
- 39
İyulun 25–27-də Monqolustanın paytaxtı Ulan-Batorda təşkil olunacaq Böyük Dəbilqə turnirinə qatılacaq Azərbaycanı cüdoçuları müəyyənləşib.
Rekord.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkəmizi yarışda kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədovun başçılığı altında 2 çəki dərəcəsində 3 cüdoçu təmsil edəcək.
Turnirdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq) və Elşən Əsədov (66 kq) mübarizə aparacaqlar.
Beynəlxalq Cüdo Federasiyası tərəfindən təşkil olunan Dünya Turunun bu mərhələsində Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Üç gün davam edəcək turnirdə 29 ölkədən 248 idmançı (148 kişi, 100 qadın) iştirak edəcək.