Müqavilə ilə "Bavariya"ya məxsus olan, hazırda isə icarə əsasında "Monako"da çıxış edən qapıçı Aleksandr Nübel Münxen klubuna mümkün dönüşü və Noyer, Sommer kimi qapıçılarla rəqamət imkanları haqda danışıb.

Rekord.az xəbər verir ki,  "Sport1"-ə danışan qapıçı bunlarl deyib: "Monako"da özümü çox yaxşı hiss edirəm. Komandanın bir çox matçında meydançada olmuşam. Baxaq görək, yayda nə baş verəcək. Mən istənilən rəqabətə hazıram, amma hazırda bütün diqqətimi "Monako"ya yönəltmişəm. Sommer? Məlum idi ki, "Bavariya" yeni qapıçı alacaq. "Bavariya" kimi klubda hər zaman yaxşı qapıçılar olub. Hər komandada 3 qapıçı olur və rəqabət baxımından bu, vacibdir".