
Mirzəliyeva Rusiyada növbəti dəfə turun rəmzi yığmasına düşdü
- 16:45
- 42
"Zenit"də çıxış edən Azərbaycan millisinin futbolçusu Nigar Mirzəliyeva Rusiya çempionatında növbəti dəfə turun rəmzi komandasına düşüb.
Rekord.az xəbər verir ki, müdafiəçi 17-ci turun "11-liy"inə seçilib.
O, "Rubin"ə səfərdə 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmaya start heyətində başlayıb və görüşü əvəz olunmadan keçirib.
Mirzəliyeva daha öncə 10-cu və 13-cü turda da həftənin rəmzi "11-liy"ində yer alıb.