
"Mingəçevir"in baş məşqçisi o olacaq?
- 03 May 2022 14:00
- 1215
AFFA İcraiyyə Komitəsinin qərarı ilə "Mingəçevir" növbəti mövsümdən 1-ci divizionda çıxış edəcək.
Rekord.az xəbər verir ki, böyük ehtimalla gələn həftə komandanın yeni rəhbərliyi ictimaiyyətə təqdim olunacaq.
Klubu Müşahidə Şurası idarə edəcək. "Mingəçevir"lə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Əldə etdiyimiz məlumata görə, komandanı formalaşdırmaq Rövşən Babayevə tapşırılacaq. Klub rəhbərliyi yaxın günlərdə onunla bu haqda danışmaq niyyətindədi. Xəbəri dəqiqləşdirmək üçün Rövşən Babayevlə əlaqə saxladıq:
"Bu haqda mənimlə kimsə nəsə danışmayıb. Amma can-başla Mingəçevirdə işləyərəm. Futbolun sevildiyi şəhərdi. Mingəçevirdə uğur əldə etmək olar. Amma mənlə kimsə bu haqda danışmayıb". ("Futbol plus")