Cari mövsümü uğursuz çıxış edən "Mingəçevir" növbəti mövsüm üçün iddialı olmağı düşünür.

Rekord.az xəbər verir ki, rəhbərlik indidən bununla bağlı əməli fəaliyyətə keçib.

Belə ki, digər klublarda, hətta Premyer Liqa təmsilçilərində forma geyinən mingəçevirli futbolçularla danışıqlara başlanılıb. Rəhbərlik həmin futbolçuların razılığını alıb yayda doğma şəhərə qaytarmaq istəyir. Düzdür, bunun üçün normal büdcə də olmalıdır. Amma nəzərə alaq ki, AFFA növbəti mövsümdən hər I Divizion klubuna 300 min manat yardım ayıracaq.