"Mingəçevir" kənardan futbolçu dəvət edəcək
- 15 İyn 2022 15:00
- 534
AFFA-nın I Diviziona buraxdığı "Mingəçevir" iyulun 5-də yeni mövsümün hazırlıqlarına start verəcək.
Rekord.az xəbər verir ki, Mingəçevir təmsilçisi öncə heyətin böyük hissəsini yerli futbolçulardan qurmağı düşünürdü.
Lakin yetəri qədər yerli futbolçu olmadığını görüncə, kənardan futbolçu dəvət olunmasına qərar verilib.ə Əldə etdiyimiz məlumata görə, "Mingəçevir" hazırda başqa bölgələrdən olan 4-5 futbolçu ilə danışıq aparır.