Futbol üzrə Uels millisinin baş məşqçisi Robert Peycin müqavilə müddəti uzadılıb.

Rekord.az xəbər verir ki, bu barədə Uels Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

48 yaşlı mütəxəssisin yeni sözləşməsi DÇ-2026-ya qədər nəzərdə tutulub.

Robert Peyc 2020-ci ildən yığmaya rəhbərlik edir. Peyc bu postda Rayan Giqqzi əvəzləyib. Uels bu il Qətərdə keçiriləcək dünya çempionatında İngiltərə, İran və ABŞ-la birlikdə B qrupunda yer alacaq.