
Millinin baş məşqçisi ilə yeni müqavilə imzalandı
- 28 Sen 2022 11:15
- 393
Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloninin müqaviləsinin müddəti uzadılıb.
Rekord.az xəbər verir ki, bu barədə Argentina Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
44 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Xatırladaq ki, Lionel Skaloni 2018-ci ildən bu komandaya rəhbərlik edir. Argentina yığması 2021-ci ildə onun rəhbərliyi altında Amerika Kubokunun qalibi olub.