
Millimizin üzvündən Niderland klubunda uğurlu debüt
- 10 Avq 2025 17:20
- 49
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü Niderlandın “Volendam” klubunda rəsmi debüt edib.
Rekord.az xəbər verir ki, sözügedən komanda Erediviziyanın 1-ci turunda “Heerenven”in qonağı olub. Matç qollu bərabərliklə başa çatıb – 1:1.
Ozan oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə komandasının bərabərlik qoluna imza atıb. Kökçü 72-ci dəqiqədə əvəzlənib.
26 yaşlı futbolçu bu ilin may ayında "Volendam"la 1+1 illik müqavilə imzalayıb.