Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi Bolqarıstanın "Arda" klubunun Türkiyədə təlim-məşq toplanışı start götürüb.


Sports.az xəbər verir ki, komanda dünən ilk yoxlama matçını keçirib.


Ukraynanın "Kudryovka" klubu ilə üz-üzə gələn "Arda"  1:1 hesablı heç-heçə edib. Cəlal meydana start heyətində çıxıb və 2-ci hissədə əvəzlənib.


"Arda" Antalyada yoxlama görüşləri çərçivəsində "Viçista" (Polşa), "Ufa" (Rusiya) və "Neftçi" (Öbzəkistan) komandaları ilə üz-üzə gələcək.