20 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Azər Əzimovun yeni klubu bəlli olub. 


Rekord.az xəbər verir ki, oyunçu "Lənkəran" komandası ilə anlaşıb. 


O, mövsümün sonunadək bölgə təmsilçisinin formasını geyinəcək. 


Əzimov daha əvvəl "Sərhədçi" və "Gəncə" klublarında çıxış edib. 


Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Raşed Dison və Teron Montqomerinin transferlərini həyata keçirib.