Millimizin Syerra Leone ilə matçını özbəklər idarə edəcək
- 13:20
- 39
Azərbaycan milli komandası “FIFA Series - 2026” beynəlxalq turnirində bu gün ikinci oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, millimiz Sumqayıtda Syerra Leone yığması ilə qarşılaşacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlanacaq. Qarşılaşmanı Özbəkistandan olan hakimlər briqadasının idarə edəcək.
30 mart
19:00. Azərbaycan – Syerra Leone
Baş hakim: Asker Najafaliyev
Baş hakimin köməkçiləri: İslom Azimov, Baxtiyorxuja Şavkatov
Dördüncü hakim: Axrol Ruskullayev
(Hakimlər briqadası Özbəkistandandır)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu