Azərbaycan millisinin keçmiş futbolçusu Ruslan Abışov “Zirə” klubu ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, bu barədə 36 yaşlı müdafiəçi “feysbuk” hesabında paylaşım edib.

Ruslan Abışov 2021-ci ildən paytaxt təmsilçisinin formasını geyinib. O, karyerasında “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və Rusiyada “Rubin” klubunun uğurları üçün də çalışıb.