
Millimizin rəqibləri müəyyənləşdi
- 27 İyl 2023 16:15
- 398
Belarusun paytaxtı Minsk şəhərində təşkil olunacaq 2-ci Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, A qrupunda mübarizə aparacaq millimiz Belarus, İran və Birləşmiş Ərəb Əmirlikləri komandaları ilə qarşılaşacaq.
Millimizin oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
5 avqust, saat 20:00
Azərbaycan – İran
6 avqust, saat 18:00
Belarus – Azərbaycan
7 avqust, saat 16:30
Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri