Millimizin rəqibləri müəyyənləşdi
- 19:00
- 39
Çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin (EBSL) püşkü atılıb.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.
Millimiz B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə mübarizə aparacaq. A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Oyunlar iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək.
Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.