Qətər və Avstraliya yığmaları bu il 11 iyun - 11 iyulda keçiriləcək Amerika Kubokunda iştirakdan imtina edib.

Rekord.az xəbər verir ki, hər iki kollektiv həmin tarixdə DÇ-2022-nin seçmə mərhələsində mübarizə aparacaq.

Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan Amerika Kubokunun son qalibi Braziliya yığmasıdır.

UEFA Qətər millisini Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqun yer aldığı A qrupuna daxil edib. Asiya çempionu ilə matçlar hazırlıq xarakteri daşıyacaq.