
Millimizin qapıçısı rəsmən "Səbail"də!
- 14 İyn 2023 16:56
- 385
"Qəbələ"dən ayrılan Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev "Səbail"ə keçib.
Rekord.az xəbər verir ki, 32 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Bu, "dənizçilər"in mövsümlərarası fasilədə 4-cü transferidir. Paytaxt təmsilçisi daha əvvəl Yusif Nəbiyev, Süleyman Əhmədov və Rüfət Abdullazadəni heyətinə qatıb.