
Millimizin final mərhələsindəki oyunlarının təqvimi açıqlandı
- 09 Sen 2025 17:20
- 50
Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının final mərhələsində keçirəcəyi oyunların təqvimi açıqlanıb.
Rekord.az Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, turnirdə Niderland, Kanada, "CS Rapid", İspaniya, "Ulaanbaatar Amazons", Latviya, Azərbaycan və "Şanxay Redvinqs" komandaları iştirak edəcək.
Bu mərhələdə ilk dəfə iştirak edəcək və B qrupunda mübarizə aparacaq yığma sentyabrın 13-də, Bakı vaxtı ilə saat 11:25-də Kanada, 13:25-də Latviya və 16:55-də "CS Rapid"lə üz-üzə gələcək.
Dünya Qadın Seriyasının final mərhələsi sentyabrın 13–14-də Şanxayda keçiriləcək.